Toksik Aktivlər - İkinci bazarı olmadığı üçün likvidliyini itirmiş aktivlərdir.
Toksik aktivlər satıla bilməzlər, belə ki, onları əldə etdikdə mütləq itki baş verir.
Toksik aktivlər termini 2008-2009-cu illərin krizis vaxtı meydana gəlib. Sahibinə xeyli itki verdiyinə görə satıla bilməmiş ipoteka üzrə qiymətli kağızlara, istiqrazlara, təminatlı borc öhdəliklərinə və defolt müqavilələrə aid edilir. Toksik aktivlərin ən yaxşı təsvirini aşağıdakı misalla göstərə bilərik:
Borcalan ev almaq məqsədi ilə Bank A-dan illik 7% ilə 250000 $ borc pul alır ve bank ipoteka dəyərli kağızı özündə saxlayır.
Bank A həmin dəyərli kağızı satmaq ixtiyarı əldə etməklə, onu Bank B-yə sata bilər. Bank B bu aktivi əldə edir və illik 7%-lik ipoteka ödənişinin hesabına gəlir əldə edir. Daşınmaz əmlakın qiyməti artmaqda olan müddətdə borcalan kreditini ödəməkdə davam edir və aktiv müsbət sayılır.
Əgər borcalan öz ipotekasında defolt vəziyyətinə düşürsə (%-li borcunu qaytarmırsa) nə Bank A, nə də Bank B hüququ çatdığı ödənişləri əldə edə bilməyəcək.
Adətən belə halda girov qoyulmuş daşınmaz əmlak satıla bilər, lakin daşınmaz əmlakın dəyəri düşmüş olarsa, bu halda pulun sadəcə bir hissəsini əvəz etmək olur. Nəticədə, bu ipotekanın təminatı altında olan qiymətli kağızları satmaq mümkün olmur. Buna görə də pul itkisi labüd olduğuna görə heç bir əks tərəf bu aktivə pul ödəmir.
Bu misalda ipoteka kreditinin toksik aktivlerə çevrilməsi prosesini təqdim etdik.