Rusiyada dollar kəskin bahalaşıb | Banco.az

Rusiyada dollar kəskin bahalaşıb

Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini yanvarın 12-si üçün 3 rubl artıraraq 75,95 RUB/USD-yə qaldırıb. 

Banco.az "Report"a istinadən xəbər verir ki, bu qərarla ABŞ dollarının məzənnəsi tarixi rekordu yeniləyib. Avronun rəsmi məzənnəsi isə yanvarın 12-nə 3,12 rubl artırılaraq 82,80 RUB/EUR-a çatdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu gün isə birjalarda açılışdan sonra avronun məzənnəsi 83,97 RUB/EUR-dək, dollar isə 76,49 RUB/USD-yə qalxıb.