"ABB-Moskva" Bankına yeni sədr təyin olundu | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"ABB-Moskva" Bankına yeni sədr təyin olundu

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Emin Ramiq oğlu Əfəndiyev təyin edilib.

Bankdan verilən xəbərə görə, o, artıq vəzifəsinin icrasına dekabrın 15-dən başlayıb. Yeni sədr ali iqtisadi təhsil alıb, bir sıra kredit-maliyyə təşkilatlarında aparıcı vəzifələrdə işləyib, o cümlədən Kapital Bank və ABB-də çalışıb.

Qeyd edək ki, “ABB Moskva” 2002-ci ildə yaradılıb.