Bugün BFB-da hərrac keçiriləcək | Banco.az

Bugün BFB-da hərrac keçiriləcək

«Azərbaycan İpoteka Fondu»-nun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Banco.az xəbər verir ki, 10 dekabr 2015-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu»-nun (AİF) AZ2009008684 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.

Hərraca 4 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 101.2333 %  qiymətlə satışa çıxarılacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.