Bank “BTB” nizamnamə kapitalını artırır | Banco.az

Bank “BTB” nizamnamə kapitalını artırır

Bank “BTB” ASC nizamnamə kapitalını 2 mln manat həcmində artırmaq niyyətindədir. Bu məqsədlə bank 2 000  ədəd adlı,  sənədsiz, adi səhmlərin əlavə  emissiyasına başlayıb. Bir səhmin nominal dəyəri 1000 manat təşkil edir. Emissiya prospekti Azərbaycan Respublikası Qiymətli Kağızlar Dövlət Komitəsi tərəfindən 30 Noyabr 2015-ci il tarixdə qeydiyyata alınıb. Səhmlərin satışı Bakı Fond Birjası tərəfindən kütləvi təklif üsulu ilə həyata keçirilir.

Hazırda bankın nizamnamə kapitalı 50  milyon manat təşkil edir. Yeni emissiya prosesinin yekununda nizamnamə kapitalı 52 milyon manat olacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bank “BTB” 2010–cu ildə təsis olunub. və uiversal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətləri göstərir. Hazırda bankın baş ofislə yanaşı 10 filialı və 20 bankomatı var. 

Ən sərfəli krediti almaq üçün müraciət et