Parabankda Maliyyə departamenti - Direktor vakansiyası
Namizədə tələblər
- Mühasibat uçotu, Audit, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
- Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
- Excel proqramının bütün dərinliklərini bilməli;
- Maliyyə və Audit sahələrində rəhbər vəzifədə minimum beş il iş təcrübəsinə malik olması;
- Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
- Müvafiq proqram təminatları və riyazi təfəkkür qabiliyyəti;
Əsas vəzifələri:
- Departamentin işinin idarə edilməsi və daimi nəzarət edilməsi;
- Departament üzrə aylıq görülmüş işlərə görə Bankın İH-ə daimi hesabatın verilməsi;
- Bankın mühasibat uçotun siyasətinin BMHS-nın əsasında işləyib hazırlanması, onun həyata keçirilməsi ilə tədbirlərin yaradılması və riayət olunmasına daimi nəzarət edilməsi;
- Bankın bağlanmış əməliyyat günün balans və balansdankənar hesabatının tərtibinə ümumi nəzarət edilməsi və imzalanması;
- Bankın maliyyə vəziyyətinin təhlil kompleks işlərinin təhlilinə ( trendlərin təhlili, maliyyə əmsallarım hesablanması, mühasibat hesabatların təhlili) nəzarət edilməsi;
- Bankın təqdim etdiyi və yeni layihələr üzrə məhsullarının maya dəyərinin hesablanması;
- Bütün növ resursların istifadəsinin effektivliyin müəyyən edilməsi və maksimal mənfəətinin qazanması məqsədiilə aşağıdakı işlərin təşkilini edir
- maliyyə mənbələrin axtarışı, mənbələrin dəyərinin qiymətləndirilməsi, maliyyə riskin qiymətləndirilməsi, cəlb olumuş və şəxsi bankın maliyyəşdirilən mənbələrin nisbəti;
- Bankın aktivlərin idarəedilməsində bilavasitə iştirak edilməsi :
- texniki inkişafına yönəldilən investisiyanın təyin edilməsi, qiymətli kağızların alınması və ümumi qiymətli kağızların portfelinin idarə edilməsi, müvəqqəti azad olunan pul vəsaitlərinin manevr etməsi;
- Bankın məsrəf siyasətinin tənzimlənməsi məqsədi ilə alınan materialların xərclərin, elektroenerjısının sərfetməsinin, nəqliyyat xərclərin, icarə haqqlarının, cari təmirə xərclərin, heyyətin saxlanılmasına gedən xərclərin təhlil və tədqiq işlərinin daimi nəzarət edilməsi;
- Bankın dividend siyasətinində iştirak edilməsi: dividendlərin verilməsinə yönəldilən mənfəətinin hissəsini təyin edilməsinə təklif verilməsi, dividendlərin verilməsinin şərtlərini korrektləşdirilməsinə təklif verilməsi, səhmlərin əlavə emissiyasının bağlı qərarı qəbul edilməsinə üçün şərtlərini təyin edilən təklif verilməsi;
- Bankın strateji biznes planın hissələrinin hazırlanmasında iştirak edilməsi: bankın maliyyə vəziyyətinin əsas əmsallar, mənfəətin proqnozu, pul vəsaitlərin axının proqnozu;
- Bankın büdcə planlaşdırılması işlərinin təşkili;
- Bankın mədaxil - məxariclərinin yoxlanılması və təhlili;
- Daxili qiymətlərin hesablanması;
- Məxariclərin minimuma endirilməsi ,mədaxillərin artırılması təkliflərininişlənib hazırlanması;
- Bankın əməliyyat planı əsasında departamentin qarşısında qoyulmuş strateji tapşırıqların icra olunub – olunmadığı nəzarət;
CV-ləri Maliyyə departamenti - Direktor mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.