2016-cı ilin böyük hissəsi neftin 1 barrelinin qiyməti 60 dollardan aşağı olacaq.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə 11 investisiya bankı arasında sorğu keçirən "The Wall Street Journal" nəşri yazır.
İnvestisiya bankları hesab edir ki, 2016-cı il ərzində Brent markalı neftin 1 barrelinin orta dəyəri 57 dollar olacaq. Bu, 2015-ci il üzrə proqnozdan 1 dollar çoxdur.
Gələn il ərzində WTI neftinin 1 barrelinin orta qiymətinin 53 dollar olacağı gözlənilir.
2017-ci il üzrə isə proqnozlar belədir: WTI - 64 dollar, Brent - 67 dollar.