Azərbaycan Dövlət Neft Fondu iki aya 730 mln. dollar itirib | Banco.az

Azərbaycan Dövlət Neft Fondu iki aya 730 mln. dollar itirib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il oktyabrın 1-nə olan aktivləri (34,738 mlrd. ABŞ dolları) bu ilin oktyabr-noyabr ayları ərzində 729 mln. dollar məbləğində və ya 2,1% dəyərdən düşüb.

Banco.az "Report"a istinadən xəbər verir ki,  son iki ayda baş verən azalma əsasən Fondun avroda olan aktivlərində qeydə alınıb və təxminən 680 mln. dollara bərabər olub.

İkinci ən çox dəyərdən düşən aktiv isə qızıl olub və dollar ekvivalentində zərər 47,5 mln. dollar təşkil edib.

Bu iki ayda ən çox artan (14 mln. dollar) aktiv isə Türkiyə lirəsi olub.

ARDNF-nin aktivlərinin bazar dəyərinin dinamikası (oktyabr-noyabr, 2015-ci il)

 

Aktivin növü

Məzənnə, dollarla 
 (01.10.2015)

Məzənnə, dollarla 
 (01.12.2015)

Həcm, mln. ş.v. 
(01.10. 2015)

Mənfəət/Zərər 
(mln. dollar)

EUR

1,1180

1,0565

11 026,6

- 678,136

GBP

1,1530

1,5050

1 134,6

- 9,077

AUD

0,7020

0,7230

259,6

5,452

TRY

0,3305

0,3435

1 077,1

14,002

RUB

0,0153

0,0151

31 852,6

- 6,370

KRW

0,00086

0,00088

487 388,5

8,747

CNY

0,1574

0,1563

3 037,2

- 3,341

JPY

0,0083

0,0081

63 953,8

- 12,791

Gold (ons)

1 115

1 0660

970 146

- 47,537

Cəmi:

-

-

-

- 729,051

Ən sərfəli kredit üçün müraciət et