"Brent" nefti cüzi ucuzlaşıb | Banco.az

"Brent" nefti cüzi ucuzlaşıb

ABŞ-da 26 noyabr Şükranlıq günü (Thanksgiving day) münasibəti ilə birjalar bağlı olub və bu səbəbdən dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti (43,04 dollar/barel) dəyişməyib.

"Brent" markalı neft isə 0,71 dollar və ya 1,54% ucuzlaşaraq 45,46 dollar/barelə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.

Ən sərfəli krediti almaq üçün müraciət et