"Bank Techniquе yenidən" "Zolotaya korona" təcili pul köçürmələri sisteminə qoşulub | Banco.az

"Bank Techniquе yenidən" "Zolotaya korona" təcili pul köçürmələri sisteminə qoşulub

Bankdan "Banco.az"a daxil olan məlumata görə, "Bank Techniquе" ASC-də "Zolotaya korona" sistemi üzrə təcili pul köçürmələrinə start verilib.

20-yə yaxın MDB, yaxın və uzaq xarici ölkələri əhatə edən sistem vasitəsilə xidmətlər Bankın bütün filial və şöbələrində göstərilir. Müştərilər vəsaitləri iki valyutada: ABŞ dolları və Rusiya rublunda göndərə və ala bilərlər. Sərfəli tariflərlə - 1%-dən (məbləğdən və istiqamətdən asılı olaraq) seçilən köçürmələr ani, ünvansız və hesab açılmadan həyata keçirilir. 

"Korporativ biznes sektoru ilə yanaşı, fərdi müştərilər sektorunu dinamik inkişaf etdirmək niyyətindəyik. MDB məkanında lider hesab edilən "Zolotaya Korona" təcili pul köçürmələri sistemi ilə əməkdaşlıq etməklə, Bank, maliyyə bazarında mövqelərini bir qədər də möhkəmləndirir və müştərilərinə ani pul köçürmələrinin geniş imkanlarını təqdim edir", - "Bank Technique"in Biznesin inkişafı departamentinin direktor müavini Fərid Babayev deyib.

Ən sərfəli kredit üçün müraciət et

"MDB ölkələrində pul köçürmələri ən tələb olunan məhsuldur. Əməkdaşlıq etdiyimiz banklarla birgə "Zolotaya Korona" servisini maksimal dərəcədə rahat, sürətli və əlçatan etməyə çalışırıq. Azərbaycan bank sahəsinin aparıcı banklarından olan, "Bank Technique" ilə əməkdaşlıq nəticəsində daha çox sayda respublika sakinləri müasir maliyyə xidmətindən istifadə edə biləcək", "Zolotaya Korona" servisinin direktoru İvan Sitnov qeyd edir.