Böhran dövründə Private Banking məhsulları və xidmətləri | Banco.az

Böhran dövründə Private Banking məhsulları və xidmətləri

Böhran dövründə hansı investisiyalar daha etibarlı və səmərəlidir? – Bu sual yəqin ki, çoxlarını düşündürür, əsasən ən təhlükəsiz maliyyə aləti hesab olunan bank depozitləri bu baxımdan artıq öz cəlbediciliyini itirmişdir. Bunun bir neçə əsas səbəbləri vardır:

  1. Manatın yenidən devalvasiya etmə ehtimalı, hətta bu devalvasiya sürətli və qəfil olmasa belə, manatla investisiya imkanlarını məhdudlaşdırır. Yəni vəsaitləri devalvasiyadan öncə manatda saxlamaq riskli görünür.
  2. Dollarla olan depozit faizlərinin çox aşağı düşməsi həmin depozitlərin cəlbediciliyini azaldır. Vəsaitləri investisiya etmək, onları dollarda saxlamaqdan daha əlverişli təsir bağışlayır.
  3. Hətta manat özü riskli olmasa belə və ya dollarda da yüksək faiz təklif edən banklar olsa belə,  hazırda bir çox riteyl banklarda problemlər özünü büruzə verməkdədir və Bank of Azerbaijan, Bank Technique,  Yunited Kredit Bank kimi banklarda baş verən hadisələr və bankların növbəti devalvasiya olacağı təqdirdə likvidlik problemi ilə üzləşməsi ehtimalı ümumilikdə sığortalanmayacaq məbləğləri banklara etibar etməyi qəlizləşdirir. Riteyl banklar hazırda gəlirə deyil, stabilliyə diqqəti artırır. Buna görə də vəsaitləri daha ucuz cəlb etmək istəyi məntiqi görünür.

Mövcud iqtisadi şərait fonunda kapitalın qorunması və artırılması üçün alternativ investisya yolları axtarmaq lazım gəlir ki, həmin xidmətlərin bir çoxunu prayvit bankinq qarşılaya bilər.

Prayvit bankinq əsasən müştərilərə aşağıdakı xidmətləri təklif edir.

1. Şəxsi kapitalın idarə edilməsi üzrə maliyyə konsultasiyaları (private wealth management planning) – Private Banking-in nüvəsini təşkil edir. Prayvit banka gələrkən, siz ilk növbədə şəxsi maliyyə müşaviri xidməti əldə edirsiniz. Bu xidmət müştərinin maliyyə imkanlarının və ehtiyaclarının üzə çıxarılmasında, onun maliyyə axınları, risk ilə münasibətlərinin və kapital idarəetmə məqsədlərinin müəyyənləşdirməkdən ibarətdir. Bunların əsasında müştəriyə maliyyə-investisiya strategiyasının seçilməsi ilə bağlı təkliflər irəli sürülür, likvidliyin idarə edilməsi ilə bağlı, investisiya portfelinə hansı aktivlər sinfinin seçilməsi ilə bağlı variantlar hazırlanır.

Vergilərin optimallaşdırılması, kapitalın vergidən qorunmas ilə bağlı strategiya və variantlar hazırlanır. Gələcəkdə personal menecer müştərinin ümumi portfelinin daima monitorinqini həyata keçirir və mütəmadi olaraq, ona yenidən baxılmasını təklif edə bilər.

2. İndividual investisiya portfelinin və Etibar əsnasında idarəetmənin yaradılması

Prayvit bank tərəfindən müştəriyə təklif edilən paket içərisində əsas məhsullardan biridir. Müştərinin investisiya hədəflərinə söykənərək, investisiya strategiyası hazırlanır və bazarda alqı-satqısı həyata keçirilən ticarət alətlərindən individual investisiya portfeli hazırlanır.

3. Alternativ investisyalar: digər maliyyə aktivlərinə investisiyalar (qeyri bazar alətləri), birbaşa yatırımlar, strateji sərmayələr, müştərək müəssisələr, fondlar və s.

4. Qeyri maliyyə aktivlərinə investisiyalar: daşınmaz əmlak, incəsənət əsərləri, qiymətli metallar, kolleksiyaların tərtibi.

 5. Vergi konsultasiyası: müştərinin vergi müşayiəti və bank əməliyyatlarına xidmət göstərilməsi,  vergi hesbatlarının və bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergilərin minimallaşdırılması və vergi planlaması.

Ən sərfəli kredit üçün müraciət et

6. Trast –fidutsiar və hüquqi xidmətlər. Kompaniyaların qeydiyyatdan keçirilməsi və xidmət göstərilməsi, kompaniyaların və hesabların icarəsi və saxlanması, mövcud sərvətin və vəsaitin qorunması və onun qeydinə qalınması (trastların, fondların təsis edilməsi, sığorta, vərəsəlik və miras məsələləri), maraqların təmsil olunması, əmlakın, kommesiya və ya yaşayış tikilərinin, torpaq sahələrinin, müəssisə səhmlərinin, incəsənət əsərlərinin idarə edilməsi.

7. Pərakəndə-bankçılıqda VİP xidmət – standart və individual olaraq ənənəvi bank və kredit məhsulları, kredit kartları

8. İmtiyazlar. Qapalı klublara üzvlük təqdim edən xidmətlər və digər imtiyazlar (hava limanlarının VİP zalları, qolf klubları, özəl işgüzar klublar və s). Müasir zamanda imtiyazlar Private Banking-in hədəf qruplarında ən vacib marketinq gedişlərindən biridir. Belə ki, onlar müştərilərə təklif edilən əsas fərqləri formalaşdırır  = məxsusi qapalı klub imici yaradır.

Prayvit Bankinq-in əsas cəlbediciliyi onun müştərinin maliyyə ehtiyacları ilə yanaşı qeyri-maliyyə ehtiyaclarını da nəzərə almasıdır. Təsəvvür edin ki, sizə əsas yemək təqdim olunur: sizin kapitalın idarəedilməsi – aktivlərin və passivlərin idarəsi – Marina İonova, FK NİKoil bankının müştərilərə elit xidmət üsrə biznes-blokun rəhbəri və icraçı direktoru Marina İonova deyir.

“Prayvit Bankların əsas gəlirləri məhz bunun üzərində qurulub, digər xidmətlər isə məsələn: antikvar-incəsənət əsərlərindən ibarət kolleksiyanın tərtibi  - bu isə sizin statusunuz tələb etdiyi aksessuarlar və bəzək əşyalarıdır. Prayvit bankları onları izafi və lazımsız xərclərə getmədən əldə etməyə imkan verir.”

Prayvit bank servisi müxtəlif ölkələrdə ilk növbədə həmin ölkənin qanunvericiliyinə görə fərqlənir.  İsveçrədə Prayvit banklar ilk növbədə trastların yaradılması, vərəsəlik məsələləri və pulların qorunması ilə məşğuldur və yalnız cüzi hallarda kapitalın artırılması və gəlir qazanılması işlərinə baxırlar.  Qonşu ölkə olan Rusiyada,  gəlirlərin əldə edilməsi hələ də prioritet olaraq qalır, prioritetlər ardıcıllığını maliyyə və vergi konsultasiyaları tamamlayır. Azərbaycanda isə Prayvit bankinq hələ özünün ilkin təşəkkül formasındadır.

Burada prayvit banking xidmətlərinin inkişafı üçün zəmin artıq bir neçə müddətdir ki, yaranıb. Əlbəttə ki, qərb ölkələri ilə müqayisədə investisiya üçün imkanlar və aktivlərin növləri elə də çoxşaxəli deyil, bəzi investisiya alətləri isə hələ ki yerli bazarda təşəkkül tapmayıb. Buna rəğmən iqtisadi böyümə ölkənin əhalinin zənginləşməsi effekti ilə müşahidə olunub. Məhz bu aktivlərin və həyat tərzinin idarəedilməsi üzrə peşakar xidmətlərə ehtiyacı artırıb.

Azərbaycanlılar zənginləşdikcə, özündə qərb prayvit banking-in nəcib xüsusiyyətlərini və şərq dünya görüşünü əks etdirən bank xidmətlərinə ehtiyacı bir o qədər artır”

Paşa Bankın İdarə heyətinin sabiq sədri Fərid Axundov

Ölkəmizdə bir çox banklar VİP müştərilərə xidmətlər təklif etsə də, Prayvit Bank xidmətləri yeganə olaraq, PAŞA Bank tərəfindən təmin edilir. PAŞA Bankın Prayvit Bankinq istiqaməti 2010-cu ildən müştərilərə təqdim edilir.

  

Könül Soltanova, Banco.az