Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Bu gün oktyabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 29-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 28-i ilə müqayisədə 0,0006 manat və ya 0,06% artaraq 1,0496 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0108 manat və ya 0,93% azalaraq 1,1467 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,9% artaraq 0,0164 manat səviyyəsində qərarlaşıb.