Azərbaycanın sığorta bazarı 8% artıb | Banco.az

Azərbaycanın sığorta bazarı 8% artıb

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a verilən məlumata görə, Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə 339,3 milyon manat sığorta haqqı toplanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 8% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

9 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 127,4 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37,6 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-sentyabr aylarında 37,1 manat olub.