Azərbaycan Beynəlxalq Bankında kadr və struktur dəyişikliyi davam edir | Banco.az

Azərbaycan Beynəlxalq Bankında kadr və struktur dəyişikliyi davam edir

Azərbaycan Beynəlxalq Bankında ciddi kadr və struktur dəyişikliyi baş verib.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bankın İnsan resurslarının idarə edilməsi departamenti ləğv olunub. Departamentin direktoru Həsənova İradə Ramiz qızı olub.

Bununla yanaşı, bankda bir neçə yeni departament yaradılıb və bəzilərinin adları dəyişdirilib.

Yeni yaradılan departamentlərdən biri Problemli kreditlərlə iş departamentidir. Departamentə Akif Əliyev rəhbərlik edir. Xatırladaq ki, A. Əliyev Cahangir Hacıyevin bankın İdarə Heyəti sədri olduğu müddətdə baş direktor vəzifəsini tutub.

Müştəri xidməti departamenti də yeni yaradılanlardandır. Departamentə Rasim Əkbərov rəhbərlik edir.

Audit Komitəsinin sabiq üzvü Fərid Həşimov isə bundan sonra yeni yaradılan Struktur bölmələrlə iş departamentinə başçılıq edəcək.

Bundan başqa, bankda Elektron ödənişlər şöbəsi yaradılıb. Şöbənin rəhbəri Rəhimov Eltəkindir.

Ən sərfəli kredit üçün müraciət et

Elşən Məmmədzadənin rəhbərlik etdiyi Müxbir hesablarla iş departamentinin adı dəyişdirilərək Nağdsız hesablaşmalar departamenti olub.

Yalçın Tağızadənin rəhbərlik etdiyi Rabitə və informasiya texnologiyaları departamentinin də adı dəyişdirilib. Yeni departamenti İnformasiya texnologiyaları departamenti adlanır.

İlham Axundovunun direktoru olduğu Bank fəaliyyətinin təhlükəsizliyi departamentinin adı Təhlükəsizlik departamenti olub.

Emin İbrahimovun rəhbərlik etdiyi Bank fəaliyyətinin təminatı departamentinin adı da dəyişib. Hazırda struktur bölmə Təminat departamenti adlanır.

İdarəetmə orqanları ilə iş departamentinin də adı dəyişib. Belə ki, Həsən Həşimzadənin direktoru olduğu departament hazırda Təşkilati departament adını daşıyır.

Aydın İsmayılovun direktoru olduğu Daxili nəzarət və monitorinq departamentinin adı hazırda Maliyyə monitorinqi xidməti adlanır.