Azərbaycanda avro ucuzlaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda avro ucuzlaşıb

Bu gün oktyabrın 12-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 13-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 12-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0475 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0016 manat və ya 0,13% azalaraq 1,1898 manata enib.

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0169 manat səviyyəsində qərarlaşıb.