Beynəlxalq Bankın İslam bankçılığı departamenti ləğv olunub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Beynəlxalq Bankın İslam bankçılığı departamenti ləğv olunub

Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamenti ləğv edilib.

Bildirilir ki, departamentin fəaliyyəti ABB rəhbərliyinin qərarı ilə dayandırılıb.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, "Departamentin direktoru Behnam Qurbanzadə və departamentin digər əməkdaşları işdən kənarlaşdırılıblar", - deyə mənbə qeyd edib.

Qeyd edək ki, ABB İslam bankçılığını regionda ilk tətbiq edən bank olub. Bank ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. Departament  müştərilərinə - hüquqi və fiziki şəxslərə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başlayıb.