Avtobil kreditləri nə qədər sərfəlidir?
Xatırlayıram ki, cəmi bir-iki il öncə avtomobil kreditlərinin necə əlçatan olması haqqında yazırdıq. Ölkədə olan avtomobillərin əsas hissəsi (hər 3 avtomobildən 2-i) məhz kreditlə alınırdı. Məhz kreditlərin belə asan əldə edilən olması az-qala Bakıda hamının avtomobil alması ilə nəticələnmişdi.
Lakin Mərkəzi Bankın məsələyə sərt müdaxiləsindən sonra avtomobil kreditlərinin alınması artıq müşkül məsələyə çevrildi. 2014-cü ili yanvar ayında Mərkəzi Bankın qərarı ilə bu kreditləşmə növündə daha sərt tələblər irəli sürüldü və nəticədə bir çox banklarda avtomobil kreditləşməsi zərərli (gəlirsiz) sahəyə çevrilməyə başladı.
Təsadüf deyil ki, hazırda bir çox banklar ümumiyyətlə avtomobil kreditindən imtina ediblər və əksər hallarda avtomobil almaq istəyən şəxslərə belə nağd pul krediti təklif edirlər.
Banco.az Sizə Avtomobil kreditləri üzrə 5 ən sərfəli təklifi təqdim edir.
Bankın adı |
|||||
Məbləğ |
70 000 AZN-dək |
50 000 AZN-dək |
50 000 USD-yə dək |
50 000 AZN |
500 000 AZN |
Faiz |
14% |
17-18% |
15,6%-dən başlayan |
15-20% |
10%-20% |
İlkin ödəniş/ Yeni avtomobil |
40-50% |
40-50% |
40%-50% |
40-50% |
40-50% |
İlkin ödəniş/ istifadə olunmuş avtomobil |
80% |
80% |
- |
80% |
80% |
Müddət |
36 aya qədər |
60 ayadək |
60 ayadək |
12-60 aya qədər |
60 ayadək |
Komisyon |
1% |
1% |
1% |
1% |
1% |
FİFD |
min. 19.08% |
17,47%- 19,94% |
min 17,93% - max 25,97%; |
|
11,01%- 21,05% |
İlkin ödəniş
Əksər banklarda ilkin ödənişlə bağlı şərt demək olar ki, eynidir.
Yeni avtomobillər üçün, əgər dəyəri 30 000 AZN-dən yuxarı olarsa - min 40%, 30 000 AZN-dən az olarsa min 50% ilkin ödəniş tələb olunur.
İstifadə olunmuş avtomobillər
Təkrar bazarda, yeni istifadə olunmuş, istehsal tarixindən 1ildən çox, lakin 5 ildən az keçmiş avtomobillər üçün ilkin ödənişin həcmi 80% miqdarında müəyyən olunur. Avtomobilin dəyəri bu zaman fərq kəsb etmir.
Müddət
Yuxarıda qeyd etdiyimiz şərt həmçinin kredit verilmə müddətinə təsir edir. İstifadə olunmuş avtomobillər daha qısa 12-16 ay, yeni avtomobillər isə daha uzun 12-60 müddətinə kreditə verilir.
Faiz dərəcələri
Müddətdən, avtomobilin ilindən və dəyərindən asılı olaraq dəyişir.
Komisyon dərəcəsi
Mərkəzi Bankın müdaxiləsindən sonra demək olar ki, əksər hallarda komisyon faizi 1% təşkil edir. Amma bəzi istisnalar da vardır. Məsələn, istehsal müddəti 1 ildən çox olan avtomobillərə kredit rəsmiləşdirilməsi zamanı 2% komisyon tutula da bilər.