Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,62 dollar yaxud 3,39% bahalaşaraq 50,58 dollar/barel təşkil edib.
"Brent" markalı neft də 1,72 dollar və ya 3,35% bahalaşaraq 53,05 dollar/barelə çatıb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.
Aşağıda WTI markalı neftin qiymətinin 1 gün ərzində necə dəyişdiyini görə bilərsiniz.