"Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır" | Banco.az

"Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır"

İqtisadçı alim, Vüqar Bayramov hesab edir ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır.

Oktyabr ayında dünya bazarında Brent markalı neftinin qiyməti 11 faizə yaxın yüksəlib. 9 gündə iki rəqəmli qiymət yüksəlişinə imza atan xam neft məhsulları son dövrün rekrod artımını rəsmilləşdirib. Neftin dünya bazar qiymətində artımlar davam edir. Bununla da neftin dünya bazar qiyməti son 2 ayda ən baha qiymətə satılır Qiymət artımına əsas kimi ABŞ-da açıqlanan iqtisadi göstəricilər qeyd edilir. Belə ki, Birləşmiş Ştatlarda benzin tələbatının yüksəlməsi və bir sıra neft buruqlarının bağlanması da enerji bazarına ciddi təsir göstərib. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, ötən ay ABŞ-da neft hasilatı gündəlik 120 min barel azalıb. Bu son 1 ildə ABŞ-da qeydə alınan ən aşağı istehsal göstəricisidir. Eyni zamanda Birləşmiş Ştatlarda hasilatın azalacağı ilə bağlı proqnozlar verilməkdədir. Digər tərəfdən, investorların yalnız ABŞ-da deyil, eyni zamanda digər neft bölgələrində də sərmayə qoyluşunu azaltması müşahidə olunur ki, bu da neftin potensial təklifinə təsir göstərməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Digər əsas səbəb isə Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardan sonra dünyanın ən böyük enerji hasilatçılarından olan Yaxın Şərqdə qeyri-stabilliyin yaranacağı ilə bağlı narahatçılıqdır. NATO-nun son münaqişəyə ilə bağlı açıqlamaları və Rusiyanın regionda qalmaq istəyi hərbi əməliyyatların bütün Yaxın Şərqə yayılması təhlükəsi yaradıb. Bu isə potensial neft təklifinin azalacağı ilə bağlı investorlar arasında ciddi narahatçılıq formalaşdırıb.

Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır. Bu ölkəyə daxil olan valyutanın həcminin artmasının, büdcə gəlirlərinin çoxalmasının, monetar stabilliyin və dövlət rezervlərinin həcminin qorunub saxlanmasının əsas şərtlərindən hesab edilir.