Ötən ay Azərbaycanda pul bazası artıb | Banco.az

Ötən ay Azərbaycanda pul bazası artıb

Azərbaycanın pul bazası 2015-ci ilin sentyabr ayı ərzində 698,3 mln. manat və ya 10,99% artaraq oktyabrın 1-nə 7 050,4 mln. manat təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, pul bazasında azalma ilin əvvəli ilə müqayisədə 38,91%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 38,93% olub.

Qeyd edək ki, cari ilin yanvar ayından müşahidə edilən azalma may və sentyabr aylarında artımla əvəzlənib. May ayındakı artım 2,4% olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, pul bazasının həcmi cari il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə isə 6 352,1 mln. manat təşkil edib.