Azərbaycanda dollar və avronun məzənnəsi dəyişməyib | Banco.az

Azərbaycanda dollar və avronun məzənnəsi dəyişməyib

Bu gün sentyabrın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə sabit qalıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 30-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə dəyişməyərək 1,0480 manat səviyyəsində qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsi də manata nəzərən ötən gün olduğu kimi 1,1795 manat olub.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63% bahalaşaraq 0,0159 manata yüksəlib.