Gələn il Azərbaycanda inflyasiya 3,3% səviyyəsində proqnozlaşdırılır | Banco.az

Gələn il Azərbaycanda inflyasiya 3,3% səviyyəsində proqnozlaşdırılır

Qarşıdakı 3 ildə Azərbaycanda inflyasiya üzrə azalan dinamika müşahidə olunacaq

2016-cı ildə Azərbaycanda inflyasiya 3,3% səviyyəsində proqnozlaşdırılır. 

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində əks olunub.

Ən sərfəli kredit üçün müraciət et

Sənədə nəzər salanda məlum olur ki, qarşıdakı 3 ildə Azərbaycanda inflyasiya üzrə azalan dinamika müşahidə olunacaq. Belə ki, 2017-ci ildə ölkədə qiymət artımının 2,8%, 2018-ci ildə 2,3%, 2019-cu ildə isə 2,1% olacağı gözlənilir.