Bankın Müşahidə Şurası və Audit Komitəsinə yeni üzvlər gətirilib
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, Əmiraslanov İlham Atxan oğlu Müşahidə Şurasının üzvlüyündən çıxarılıb. Onun yerinə Leyla Abuzər qızı Nağıyeva Müşahidə Şurasının üzvü seçilib.
Bundan başqa, Audit Komitəsinin tərkibində də dəyişiklik baş verib. Belə ki, Nağıyeva Leyla Abuzər qızı komitənin üzvlüyündən uzaqlaşdırılıb. Onun əvəzinə Rəcəbov Vüqar Oqtay oğlu təyin edilib.