Almaniya "Deutsche Bank"ı Rusiyadakı fəaliyyətini dayandırır | Banco.az

Almaniya "Deutsche Bank"ı Rusiyadakı fəaliyyətini dayandırır

Almaniya "Deutsche Bank"ı 23 min işçisini ixtisar edəcəyini və Rusiyadakı fəaliyyətini dayandıracağını bildirib.

Banco.az "Report"a istinadən xəbər verir ki, Almaniyanın ən böyük bankı ixtisar etməyi planlaşdırdığı işçilər əsasən texnologiya əməliyyatları həyata keçirənlər və törəmə qurum olan "Post Bank"ın əməkdaşlarıdır. Bununla da "Deutsche Bank" işçilərin 25%-ni ixtisar etmiş olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bankın Rusiyadakı fəaliyyəti, bankçılıq xaricində olan qlobal əməliyyatlar tamamilə dayandırılacaq. Həmçinin, "Deutsche Bank" digər ölkələrdə də fəaliyyətinə son verəcək. Lakin bu ölkələr barədə hələ dəqiq məlumat yoxdur.

Qeyd edək ki, keçən həftə "Deutsche Bank"ın Rusiya filialının direktoru Yorq Bonqarts (Joerg Bongartz) istefa verib.

Ən sərfəli krediti almaq üçün müraciət et