Mükəmməl CV üçün 5 onlayn alət | Banco.az

Mükəmməl CV üçün 5 onlayn alət

İnansanız da, inanmasanız da uğurlu karyeranın başlanğıcı mükəmməl CV ilə qoyulur. Böhran vaxtında, ixtisarların çoxalmasını, yeni iş yerlərinin azalmasını və bazarda rəqabətin artmasını nəzərə alsaq, potensial işəgötürənin diqqətini bütün mümkün vasitələr ilə cəlb etmək lazımdır. Bəs, niyə sizin CV-iniz cəlbedici olmasın?

Axı bunun üçün çoxsaylı unikal alətlər vardır. Banco.az onların ən faydalı ola biləcək 5-liyini Sizə təqim edir.

1. CV Master - CVmaster.az Facebook səhifəsi - https://www.facebook.com/cvmasteraz/

CV master vasitəsi ilə siz özünüzə professional CV sifariş edə bilərsiniz. Cv master layihəsinin yaradıcılarının dediyinə görə 1 gün içində sizin seçdiyiniz dizayna uyğun cvlər hazırlayıb sizə təqdim edirlər. Nümünələrə baxdıqda kifayət qədər geniş çeşiddə cv dizaynı olduğunu görmək olar. CV hazırlanmasının qiyməti 9 manatdır. 

CV-ləri azərbaycan və ingilis dilində düzəldə bilərsiniz.

2. Novo Resume -  https://novoresume.com/

Bu layihəni istifadəçilərimizə istədikləri iş yerinə sahib olmaq yolunda düzgün cv formasını yaratmağa kömək etmək üçün hazırlamışıq. Bu prosesdə karyerada yüksəlmə mütəxəsislərindən, ixtisaslı cv hazırlayanlara, hr mütəxəsislərindən digər texniki kadrlara qədər bir çox əməkdaşımız öz əməklərini sərf etmişlər.

 İstifadəsi rahatdır

3. Job CV - http://www.jobcv.me/

Diqqətçəkən CV hazırlamaq istəyənlər üçün. İstəyirsinizsə CV-nin fərqli olsun, yararla bilərsiniz

Ən sərfəli kredit üçün müraciət et

CV-ni ingiliscə hazırlamaq olar.

4. Europass

Avropaya gemək istəyənlər üçün ideal CV- düzəltmə imkanı. Bir çox xarici proqramlar CV-nin məhz europass formatında hazırlanmasını tələb edir. Yəni orijinal bir CV-ilə yanaşı europass CV-formatında olan bir CV-də hazırlamağa dəyər və xarici ölkələrə, daha doğrusu Avropa ölkələrinə müxtəlif tədbirlərə məhz bu CV-ni tləb edir. Saytın imkanları genişdir. Buyurun tanış olun.

https://europass.cedefop.europa.eu/en/documents/curriculum-vitae

5. Visual CV - https://www.visualcv.com/

Nəhayət, ürəyiniz istəyən, müxtəlif peşə sahələrinə uyğun CV hazırlamaq üçün Visual CV-dən istifadə edə bilərsiniz.  Təəssüf ki, CV-ni azərbaycanca hazırlamaq mümkün olmayacaq. Amma ingilis və rus dili ilə yanaşı, saytı türk, ispan, alman, fransız və s dillərdə istifadə etmək olur.

CV-də səhvlərə yol verməmək üçün aşağıdakı məqaləmizi oxumağı da unutmayın.

CV-nizin cavabsız qalmasının 9 səbəbi

Savadlı tərtib edilmiş CV necə olmalıdır?

CV-lərdə ən çox yol verilən xətalar

Ən son bank vakansiyalarını bizdə izləyin. 

Ən sərfəli krediti almaq üçün müraciət et