Sentyabrın 7-də Avropa fond bazarlarında FTSE 100 indeksi 0,52% irəliləyərək 6 074,52 bənd, Fransa CAC-40-ı 0,59% artaraq 4 549,64 bənd, Almaniya DAX-ı isə 0,70% bahalaşaraq 10 108,61 bənd təşkil edib.
Qeyd edək ki, sentybarın 5-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,66% azalaraq 16 102,38 bənd, S&P 500 1,53% ucuzlaşaraq 1 921,22 bənd, Nasdaq isə 1,05% geriləyərək 4 683,92 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% azalaraq 1 120,90 dollar təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1215 (+0,40%) təşkil edib.