Finlandiyada bankı necə seçməli? | Banco.az

Finlandiyada bankı necə seçməli?

Finlandiyada toplam sayda 300-dən çox bank var, onların böyük çoxluğu isə - regional kooperativ təşkilatlardan ibarətdir. Kooperativ banklar qruplarda birləşir ki, onların ən böyüklərindən biri OP adlanır, tərkibində 186 belə bankı birləşdirir. Ən böyük kommersiya bankı olan Pohjola və bir neçə digər maliyyə təşkilatı da bu qrupa məxsusdur. Nəhəng finland bankları sırasına S-pankki, POP pankki bankları, həmçinin beynəxalq Danske Bank və Nordea banklarının Finlandiya şöbələri və Saastopankki - əmanət kassaları qrupu da daxildir.

Findandiyanın özünə məxsus xüsusiyyəti – kooperativ bankların geniş yayılmasıdır, onların müştəriləri əsasən elə bankın payçıları (sahibləri, şərikləridir). OP və ya POP qrupuna daxil olan yerli bankda pay sahibi olmaq, sizə illik divident qazandırır ki, bu da bank xərclərinə sərf edilən vəsaitin bir hissəsini kompensasiya etmək imkanı verir.

Təcrübədən çıxış edərək demək olar ki, OP və Danske Bankları əcnəbilərə qarşı daha loyaldır, amma ümumilikdə götürsən bankda hesab açmaq şərtləri demək olar ki, oxşardır. S-pankki-nin üstünlüyü kimi onu qeyd etmək olar ki, S-ryhmä qrupuna daxildir, bu qrup özündə həm də çox laylı supermarketlər şəbəkəsini əhatə edir. Həmin dükanlarda alış-veriş edən S-pankki bankının müştəriləri ödənişlərinin bir hissəsini öz kartlarına geri alır. Bu məbləğ adətən xərclənən vəsaitin 5%-i civarında, bəzən hətta daha çox da ola bilər. Digər tərəfdən isə bu bankda xidmət olunma haqqları digər adi banklar ilə müqayisədə daha çoxdur.  

Ən sərfəli kredit üçün müraciət et

Fin bankları arasında rəqabət xdmətlərə görə orta məcmu dəyərin formalaşmasına gətirib çıxarıb, həmçinin bir sıra təməl xidmətlər pulsuzdur. Ona görə də bank seçərkən ya konkret qeyri standart xidmətin mövcudluğuna və ucuzluğuna oriyentasiya etmək lazımıdr, ya da, bankın əlçatanlığına və rahatlığına (belə ki bəzi banklar gün ərzində cəmi bir neçə saat işləyir, həmçinin, ingilis dilli personalın olub-olmaması və müştərilərlə işləmə qabiliyyəti və s nüansları da gözdən keçirməyə dəyər.