Almaniyanın bank sistemi mürəkkəb və çoxşaxəlidir. Ölkədə bir neçə növdə bank fəaliyyət göstərir: “əmanət kassaları” (Sparkasse), kooperativ banklar (Genossenschaftsbanken) və kommersiya bankları (Commerzbanken). Bununla yanaşı hər bir kateqoriyada banklar yenə əhatə dairəsinə görə təkrar bölünür: ölkə miqyaslı banklar (Grossbanken), regional banklar (Regionalbanken) və “direkt-banklar” (Direktbanken) - minimal şöbə sayına malik olan, lakin telefon və internet vasitəsi ilə maksimal rahatlıq vəd edən və yüksək xidmət göstərən banklardır.
Bununla yanaşı, müəyyən sahə üzrə ixtisaslaşmış bank növləri də var ki, bunlara ipoteka və ya bələdiyyə layihələrinin maliyyələşdirməsi ilə məşğul olan bankları aid etmək olar.
Bundan əlavə Almaniyada bir çox xarici, beynəlxalq bankların filialları təmsil olunur. Almaniyanın ən nəhəng kommersiya bankları qrupuna Deutsche Bank, Commerzbank, HVB və Postbank daxildir. Təkcə onların filiallarının sayı 1000-dən çoxdur, Postbankın müştəriləri ilə poçt vasitəsi ilə öz xidmətlərini əldə edirlər.
Adi bank hesabının alman banklarında illik xidmət haqqısı 0 avro-dan ayda bir neçə avroya qədər ola bilər. Amma yekun nəticədə havayı hesab yoxdur. Bank keçirilən ödənişli əməliyyatlara və ya overdraft faizlərində, kart verilməsi zamanı öz qazancını götürəcək və ya depozit faizlərinin ödənişində bir az qənaət edəcək.
Digər bir variant – hesab ödənişsizdir, lakin dövriyyə həcmi mütləq hanısa bir həddi üstələməlidir. Əks halda sizdən müyyən bir ödəniş tutulacaq və çox zaman bu adi ödənişli hesabların xidmət haqqlarından daha yüksək olur.
Buna görə də xoşagəlməz variantları istisna etdikdən sonra, bank seçimində əsas meyarlar bunlar ola bilər: bank filialının yaxınlığı və ya bankın filial əhatəsinin genişliyi. Internet bankinq xidmətləri, cash back tipli müxtəlif bonus proqramları və s. endirim kampaniyaları.
Bundan əlavə, əgər müştəri gələcəkdə ipoteka krediti götürməyə hazırlaşırsa, onda hesabı məhz krediti götürməyə hazırlaşdığınız bankda açmaq lazımdır. Müştərinin, onun hesabından krediti ödəməyə imkan verəcək qədər vəsaitin hərəkət etdiyini göstərən əməliyyat tarixçəsi, kreditin verilməsi ilə bağlı qərarın verilməsi zamanı çox müsbət faktor kimi qiymətləndiriləcək.