Avstriyada onlarla bank fəaliyyət göstərir – istər yerli, istər də xarici mənşəli. Amma k,i adi müştərilərin rahatlığını təmin etmək baxımından seçimlər əsasən 4 böyük pərakəndə bankın üzərində dayanır: Austria (Unicredit qrupuna daxildir), Erste, Raiffeisen və BAWAG (Amerikan investisya kompaniyalarına məxsusdur).
Raiffeisen qrupunun bütün ölkə ərazisində toplam götürdükdə 2200 filialı vardır, Erste bankında bu rəqəm 1100-dür, BAWAG 500 filialla, o cümlədən poçtlar xidmət göstərir, Austria isə 250 ofisdə müştərilə xidmət göstərir.
Adları çəkilən banklardan yalnız BAWAG əsas etibari ilə Avstriyada konsentrasiya olub, digərləri isə əsasən daha böyük beynəlxalq bank qruplarının tərkibinə daxildir. Ona görə də hesab açmağı planlaşdırarkən, “əslən” digər ölkədən olan banklarla işləmək imkanını da nəzərdən keçirmək olar, təbii ki, əgər belə bir zərurət meydana çıxarsa.
Avstriyanın bank sistemində yüksək rəqabət səbəbindən, yerli banklar nəinki internet-bankinq və mobil tətbiqlərlə təmin olunmuş tam əhatəli xidmət təqdim edir, həmçinin də müxtəlif sadiqlik proqramları ilə müştərilərini qoruyub saxlamağa çalışır, bunlara müxtəlif mədəni tədbirlərə təqdim edilən biletlər və endirimlər misal ola bilər.
Ümumi götürdükdə Avstriyada bankların xidmət keyfiyyəti, həmçinin xidmət çeşidləri və dəyəri təxminən eynidir, ona görə də müştərilər seçimi digər parametlərə əsasən edir, bank filialının yaxınlığı, internet bankinqin istifadəsinin rahatlığı və ya sadiqlik proqramlarında əldə edilən fayda və s.