Çirkli pullar necə yuyulur? | Banco.az

Çirkli pullar necə yuyulur?

Müəllif: Xəyal İsmayılov

“Çirkli pulların yuyulması” (money laundering) – qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər dedikdə isə, narkotik maddələrin və silahların qeyri-qanuni alverindən, qaçaqmalçılıqdan, korrupsiyadan, gizli iqtisadiyyatdan, şantajdan və maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur.

Çirkli pulların yuyulmasının bəzi mexanizmləri:

1) Pulu yuyan şəxs qanuni amma saxta şirkət yaratmaqla hər ay vergi orqanlarında həmin şirkətin fəaliyyəti nəticəsində getdikcə qazanılan yüksək gəliri göstərməklə və vergi ödəməklə əlindəki qeyri-qanuni vəsaitləri leqallaşdırır. Vəsaitlərin mənbəyini daha da gizlətmək üçün bir neçə belə şirkətlərdə yaradıla bilər  və onlar  bir-birləri ilə alqı-satqı əməliyyatları aparıla bilər ki, saxta müqavilələr əsasında pul vəsaitlərinin mənbəyi gizlədilsin. Həmçinin ofşor şirkətlərin yaradılması vasitəsilə də bunlara nail olmaq mümkündür.

2) Digər bir üsul isə qiymətli kağızlardır.

3) Daşınmaz əmlak vasitəsilə.

4) Qiymətli daş-qaşların alınması yolu ilə. Bu  üsulun üstünlüyü ondan ibarətdir ki, böyük məbləğdə pula kiçik bir briliant almaq mümkündür və onuda asanlıqla digər ölkəyə aparmaq mümkündür. Onların haradan əmələ gəlməsi ilə bağlı suallar ortaya çıxdıqda isə bu və ya digər şəxsdən yadigar qalması deyilə bilər.

5) Daha geniş yayılan üsullardan biridə banklar vasitəsilə çirkli pulların yuyulmasıdır. Buna anonim hesabların açılması, müxbir hesablardan istifadə etməklə, peşəkar vasitəçilərin köməyindən istifadə etməklə çirkli pulları yuyulması həyata keçirilir.

İqtisadi ədəbiyyatlarda çirkli pulların yuyulması prosesinin üç mərhələsi fərqləndirilir. Birinci mərhələ çirkli pulların maliyyə və qeyri-maliyyə sektoruna yerləşdirilməsi (yerləşdirilmə mərhələsi), pulların qeyri-qanuni mənbəyini gizlətmək üçün müxtəlif əməliyyatların həyata keçirilməsi və ya başqa sözlə əməliyyat mərhələsi və inteqrasiya mərhələsi (təmiz pulun əldə olunması).Qeyd edim ki, Milli Məclisin 2009-cu il fevralın 9-da keçirilən iclasında deputatlar üçüncü oxunuşda «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsini qəbul ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Bu qanunun qəbulu Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən biri idi.

“Çirkli pulların yuyulması”na qarşı tədbirləri koordinasiya edən və mütəmadi monitorinqlər aparan iki beynəlxaq qrup mövcuddur. Bunlar Maliyyə Cinayətləri ilə Mübarizə üzrə Beynəlxalq Qrup (FATF) və Avropa Şurasının “Money Wall” adlanan xüsusi ekspert qrupudur. 

Azərbaycanda çirkli pullar yuyulmur?

Qeyd edək ki, hüquqşünas ekspert Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda çirkli pulların yuyulmasıns nəzarət heç də ürəkaçan səviyyədə deyil:

Azərbaycan bəlkə də yeganə ölkədir ki, burada çirkli pulların yuyulmasına görə heç kəs cinayət məsuliyyətinə cəlb edilməyib. Hətta korrupsiya müəllimimiz olan Rusiyada da bu cinayətlər ciddi rezonans doğurur. Bizim Cinayət Məcəlləsinin 193-1-ci maddəsi (“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma”) isə artıq paslanıb. Bu maddənin istifadə edildiyi kiməsə məlumdursa, lütfən bildirsin.

Bəlkə Azərbaycanda korrupsiya yoxdur? Bəlkə pulları yuyan yoxdur? Bəs onda son il ərzində ölkədən valyuta niyə və necə belə asanlıqla xaricə köçürülüb? Hamısı halal yolla qazanılmışdı? Hər halda məhz bunun nəticəsində ölkə il ərzində ikinci devalvasiya təhlükəsi qarışısındadır...

Məlum olduğu kimi, çirkli pullara qarşı mübarizəni 6 ildir ki, Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidməti (MMX) həyata keçirir. Mərkəzi Bankla yanaşı MMX-də dövlət qurumları arasında ən yüksək maaşlar mövcuddur. Qurumun fəaliyyəti ilə www.fiu.az saytında tanış ola bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et