"AtaBank"ın Müşahidə Şurasında itki baş verib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"AtaBank"ın Müşahidə Şurasında itki baş verib

Rövşən Həsənov 2007-ci ildən bankın Müşahidə Şurasının üzvüdür

Banco.az "APA"ya istinadən xəbər verir ki, "AtaBank" ASC-nin Müşahidə Şurasının üzvü Rövşən Şəmsi oğlu Həsənov dünyasının dəyişib.

R. Həsənov D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq Təsərrüfatın iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1987-ci ildə Sənaye Tikinti Bankında Mühasib vəzifəsində başlayıb və 1987-1989-cü illərdə respublikada fəaliyyət göstərən kommersiya banklarında bir sıra vəzifələrdə çalışıb.

1989-1991-ci illər ərzində Maliyyə Nazirliyində Tikinti Kompleksinin maliyyələşdirilməsi şöbəsinin Böyük İqtisadçısı, daha sonra isə Tikinti Kompleksinin Nəqliyyatın və rabitənin maliyyələşməsi şöbəsində II dərəcəli iqtisadçı vəzifəsi tutub.

1991-2000-ci illər ərzində özəl sektorda çalışıb.

2002-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankında Strategiya və proqnozlaşdırma Departamentinin Baş iqtisadçısı sonra isə Əməliyyat Departamentinin Xəzinədarlıq Əməliyyatları şöbəsinin rəisi qismində çalışıb.

2004-2007-ci illərdə "Kapital Bank" ASC-də Nağd vəsaitlərlə iş Departamentinin Nağd vəsaitlərin dövriyyəsi şöbəsinin rəisi vəzifəsini tutub.

R. Həsənov 2007-ci ildən "AtaBank" ASC-nin Müşahidə Şurasının üzvüdür.