Bank VTB (Azərbaycan) manatla kredit təkliflərini genişləndirir | Banco.az

Bank VTB (Azərbaycan) manatla kredit təkliflərini genişləndirir

Bank VTB (Azərbaycan) müştəriləri üçün təklif etdiyi manat kreditlərinin çeşidini genişləndirir. Belə ki, cari həftədən etibarən bankın bütün filiallarında “Nağd kreditlər” və “Girovlu istehlak krediti”-ni manatla almaq mümkündür. 

Nağd kreditlər məhsulu üzrə müştərilər 300 manatdan 11 min manatadək kredit götürə bilər. Kreditin müddəti 6 aydan 36 ayadəkdir.

Girovlu istehlak krediti üzrə təklif olunan məbləğ 3 min manatdan 50 min manatadək təşkil edir. Kredit daha uzun müddətə verilir – müştərilərə kredit 6 aydan 60 ayadək təklif olunur. Kredit üzrə komissiya yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

“Hazırda bazarda məhz manatla kreditlərə böyük təlabat var. Bunu nəzərə alaraq bankımız milli valyutada kreditləşməni genişləndirir. Bunun üçün bankın kifayət qədər manat resurslarının olması da buna əlverişli zəmin yaradır”- deyə, bank VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et