Mərkəzi Bank qərar qəbul edib | Banco.az

Mərkəzi Bank qərar qəbul edib

Ölkənin əsas bankının verdiyi qərar kredit faizlərinə təsir edəcək

Mərkəzi Bank faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edib. 
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə AZİPS (Real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb.
Bununla yanaşı, nağd pulun məxarici üzrə tariflərə dəyişikliklər edilib.Eyni zamanda iri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarif ləğv edilmiş, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% müəyyən edilib. 
Əsas məqsəd bankların əməliyyat xərclərinin optimallaşmasını və maliyyə resurslarının maya dəyərinin azaldılmasını və bu yolla faiz dərəcələrinin aşağı salınmasını təmin etməkdir.

Digər qərarla Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” təsdiq edilib. Metodoloji Rəhbərliyin tətbiqi kredit təşkilatlarında məsuliyyətli kreditləşmə, istehlakçılarda isə məsuliyyətli borclanma vərdişlərini inkişaf etdirməklə əhalinin izafi borclanmasının qarşısının alınmasına xidmət edəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et