Çinin ən varlı adamı, Alibaba şirkətinin sahibi və 20 milyard dollar sərvəti olan Jack Ma öz həyatından uğur məsləhətlərini verir:
1) Gündəlik vərdişə çevir
Jack Ma gəncliyində ingilis dili öyrənmək üçün 9 il müddətinə hər gün Shangri-La otelinə gedərək, orada qərbdən gələn turislərə pulsuz turlar təklif edirdi. Bunun qarşılığında isə o, turistlərlə ingilis dilində danışmaq və dili öyrənməyi qazanırdı.
2) Heç vaxt təslim olmayın.
İmtina Jack Ma-nın çox yaxından tanıdığı anlayışdır. Universitetə qəbul imtahanından 3 dəfə kəsilib, 30 işə müraciət edib və hamısından imtina cavabı alıb, 24 işçi götürən KFC müraciət edən 25 nəfərdən 24-ünü seçib, bircə Jack MA mənfi cavab alıb. Jack 10 dəfə Harvarda müraciət edib, hər dəfə də imtina cavabı alıb. Bununla bağlı suala cavab verərkən: "Bəlkə də, bir gün Harvarda gedib dərs deməliyəm" deyib.
3) Təşəbbüs götürün və reallaşdırın.
Jack 90-cı illərin əvvəlində internetdə ilk söz olaraq "pivə" axtarıb. Müxtəlif pivə növlərini gördükdən sonra "Çin" sözünü axtarıb və heç bir nəticə görməyib. Bununla da o, Çində internet biznesini başlamağa qərar verib.
4) Qorxunuz olmasın.
"Çin səhifələri" adlanan internet biznesini Jack öz həyat yoldaşı ilə birlikdə aldıqları 2000 dollar borcla başlayıb. Bununla bağlı suala "mən fərdi kompüterlər, emaillər haqqında heç bir məlumata malik deyildim. Heç vaxt klaviaturaya toxunmamışdım. Ona görə də özümü "kor pələngin üstündə gedən kor adam" kimi təsvir edirəm.
5) Özünüzə güvənin.
Alibaba şirkətinin ideyası onda yarananda, 17 dostunu evinə dəvət edir, saatlarla bu vizyonu haqqında danışır. Danışdıqdan sonra yalnız bir dostu ona bu ideyanın axmaq fikir olduğunu demir. Bütün gecəni ideya haqqında düşünən Jack, növbəti gün şirkəti açmağa qərar verir.
6) Özünüzə düşmən qazanmayın.
Jack düşünür ki, rəqiblərə düşmən kimi yox, onlardan öyrənə biləcəyi insanlar kimi baxmaq lazımdır. "Bunu anlayan sahibkar üçün yeganə limit səmadır" deyir.
7) Üzərinizə məsuliyyət götürməyi bacarın.
E-ticarət ödəniş sistemini qurmaq üçün Jack Çin dövlətindən lisenziya almalı idi. O zaman isə lisenziya almaq çətin, almamaq isə qanunsuz idi. Davos Forumunda iştirak edən və liderlik panelində çıxışları dinləyən Jack Çinə zəng edərək işçilərinə tapşırır: "Fəaliyyətə başlayın və bunu indi edin. Nə isə olsa, hökümət Alibaba ilə bağlı narazı qalsa və kimsə həbsə getməli olsa, mən həbsə gedəcəm".
Hazırladı: Bəxtiyar Haciyev