Nəyə görə Hindistan e-ticarətdə yeni lider ola bilər? | Banco.az

Nəyə görə Hindistan e-ticarətdə yeni lider ola bilər?

Hindistanın əhalisi internetdəki fəaliyyətini hələ təzə-təzə aktivləşdirir. Lakin Çinin onlayn-təkamülünün tarixinə nəzər salsaq, ehtimal edə bilərik ki, Hindistan qısa bir müddətdən sonra, nəinki Asiya regionunda, hətta bütün dünyada elektron ticarət üzrə yeni liderə çevrilə bilər.

2014-cü ildə Çində e-ticarət bazarının həcmi 458 milyard dollara çatdığı halda, Hindistanda bu rəqəm cəmi 4 milyard dollar təşkil edib. Amma Credit Suisse-nın az əvvəl verdiyi proqnoza əsasən, yaxın beş il ərzində bu rəqəm – elektron ticarətin həcmi Hindistanda 60 milyard dollar olacaq. The Wall Street Journal bunun mümkün səbəblərini açıqlayıb:

1. İnternetlə təmin olunma

Belə təəssürat yaranır ki, internetə çıxış baxımdan, Hindistanın Çinə çatması üçün hələ bir neçə on illiyin  keçməsi lazımdır, əslində isə Hisnditanı bu göstəricidən 7 illik məsafə ayırır. Hazırda 20% hindlinin internetə çıxışı var. Çində belə bir göstərici 2008-ci ildə qeydə alınmışdı və o vaxtdan bəri rəqəm ikiqat artıb. Hindistanda internetdən istifadənin qəfil və kəskin artımı həm də smartfonların geniş yayılması səbəbindən də qaynaqlana bilər. Onların ucuz olması (yəni 100 dollardan daha aşağı) 100 milyonlarla hindinin internetə çıxış imkanını yaradır.

2. Əhalinin onlayn vərdişləri

Hindistanda  alış-verişin 1%-dən də az hissəsi internet vasitəsi ilə gerçəkləşir. Qətiyyətlə söyləmək olar ki, bu heç də böyük uğur kimi səslənmir, amma bu böyük bir fürsət –imkan anlamına gəlir. Yenə də qeyd edək ki, təxminən 7 il öncə Çində də vəziyyət belə idi. Bu gün Çində alış-verişin 12%-i onlayn ticarətin payına düşür. Kitab, geyim, kosmetika və elektronika – bu kateqoriyaların populyarlığı son beş ildə inamla artır. Hindli alıcılar da qonşularından nümunə götürür, eyni zamanda internetdə mebel və qida alanların da sayı artır.

Ən sərfəli kredit üçün müraciət et

3.  Pərakəndə satış ın qeyri-mütəşəkkilliyi

Hindistan və Çinin daha bir ortaq cəhəti odur ki, pərakəndə satış bazarının çox çox balaca bir hissəsi  - Hindistanda 8%-ə yaxın, Çində isə 20% - brend şəbəkələr tərəfindən təşkil olunub. Onlayn satış, o ölkələrdə daha çox potensiala malikdir ki, orada offlayn-ticarət elə də mütəşəkkil deyil.

4. Balaca şəhərlərin çoxluğu
Sakinlərin əksəriyyəti – təxminən 85%-i  balaca şəhərlərdə, əhalisinin sayı 500 minə qədər olan məntəqələrdə yaşayırlar. Bu internet mağazalar üçün bir fürsətdir. Təbii ki, çoxlu sayda xırda şəhərə malların çatdırılması müəssisə üçün bahalı ola bilər, amma eyni zamanda, iri, brend ticarət şəbəkələri və ticarət mərkəzi olmayan şəhərlərin sakinləri məhsulları onlayn almağa daha çox meyl göstərir.

5. Bazarın mobil ortama adaptasiyası

Yuxarıda qeyd etdiyimiz kimi, Hisdistanda smartfon isitfadəçilərinin sayı sürətlə artır. Hindistanlı internet istifadəçilərə alış-veriş üçün smartfondan necə istifadə etməyi öyrətməyə gərək yoxdur, çünki bu onlara yaxşı tanış olan yeganə onlayn məşğuliyyətdir. Bu gün Hindistan əhalisinin 14%-nin smartfonu vardır və bu rəqəm yaxın 3 il ərzində 40%-ə çatacaqdır. Hindistanın bəzi intnernet-mağazaları standart kompüter saytı yaratmaqdan imtina edərək, satışlara bir-başa mobil tətbiqlər vasitəsi ilə başlayırlar.

Ən sərfəli krediti almaq üçün müraciət et