Bildiyiniz kimi, Azərbaycan Mərkəzi Bankı bütün banklara onun təqdim etdiyi ssenariləri də nəzərə almaqla 2015-ci ilin 31 avqustunadək stress testlər hazırlayıb təqdim etmək tapşırığı vermişdir.
Bu işdə banklara dəstək olmaq üçün 07-08 avqust (saat 10:00-17:00) tarixlərində “Stress testləşmə və onun praktiki tətbiqi” mövzusunda Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən təlim təşkil olunacaq.Təlim zamanı, AMB-nin təqdim etdiyi senarilər əsas götürülməklə, real bir bankın misalında stress testlər hazırlanacaq və dinləyicilər onun praktiki tətbiqi üzrə əhəmiyyətli praktiki vərdişlər əldə edəcəklər.
Kursa yazılmaq üçün bu linkdən istifadə edin
Qısa məzmunu
Müddət |
12 saat |
Kimlər üçün nəzərdə tutulub |
|
Modullar |
Təqdimat Modul 1. Stres testləşmənin mahiyyəti
Modul 2. Stress testin növləri
Modul 3. Stres testləşmənin təşkili və metodlar
Modul 4. Stress testin praktiki tətbiqi yolları
|
Əldə ediləcək nəticələr |
Kursun sonunda dinləyicilər biləcəklər: § Stres testləşmənin mahiyyəti və stress testləşmə üzrə beynəlxalq və yerli normaları, § Stres testləşmə aparılması üçün lazım olan infrastrukturu, məsul şəxslərin səlahiyyət və vəzifələrini, § Stres testləşmənin metodlarını, xüsusiyyətlərini və risk növü üzrə metodun seçilməsi meyarlarını, § Makro-mikro, eyni risk növünə müxtəlif metodların tətbiqi yollarını, § Tək dəyişənli və çox dəyişənli stres test modellərinin qurulmasını § Stres test sonrasında bankın maliyyə nəticələrinin təhlili və risk profilinin müəyyən edilməsi |