Ölkəmizdə neft istehsalı artıb | Banco.az

Ölkəmizdə neft istehsalı artıb

Bu ilin iyul ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 180,654 min ton neft məhsulu ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 38,5% azdır.

İxrac edilən məhsulun 68,450 min tonu yaxud 37,89%-i dizel yanacağı, 27,973 min tonu yaxud 15,5%-i təyyarə yanacağı, 72,09 min tonu və ya 39,9%-i vakuum qazoylu, 0,1 min tonu və ya 0,1%-i soba mazutunun və 12,04 min tonu və ya 6,7%-i aşqarın (depressor AKİ) payına düşür.

Ötən ilin iyul ayı ilə müqayisədə SOCAR tərəfindən ixrac edilən vakuum qazoylunun həcmi 31,9%, dizel yanacağı - 54,6% azalıb, aşqarın (depressor AKİ) - 21,8%, təyyarə yanacağını ixracı isə 15,6% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, SOCAR bu ilin ilk 7 ayında 1 320,878 min ton yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 47,5% çox neft məhsulu ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-iyul ayları ərzində SOCAR 6,1% çox - 560,306 min ton dizel yanacağı, 31,8% çox - 131,483 min ton təyyarə yanacağı, 2,5 dəfə çox - 533,962 min ton vakuum qazoylu, 56,7% çox - 0,28 min ton soba mazutu, 2,1 dəfə çox - 94,858 min ton aşqar (depressor AKİ) ixrac edib.

Bu il ərzində SOCAR avtomobil benzini, DT yanacağı, sürtgü yağları, neft bitumu və ağır piroliz qətranı ixrac etməyib.