Tək əldən səs çıxmaz!
Lakin söhbət var-dövlətdən və qüdrətli olmaqdan gedərsə, əlbəttə ki, iki nəfərin birlikdə olması həm də sərvətlərin qovuşmasıdır.
Wealth-X agentliyində çalışan dostlarımız bu dəfə dünyanın ən zəngin 10 cütlüyünün sərvətlərini hesablayıb və onların siyahısını bizlərə təqdim edib. Onların içərisində sonradan varlanan və ya sərvətini miras kimi qazananlar da var.
Bu bəylər və xanımlar, sərmayeçi, yenilikçi, webtərtibatçı, dəb maqnat;, CEO-lar və xeyriyyəçilərdir.
ABŞ-dan Fransaya, İspaniyadan Çinə qədər dünyanın ən zəngin cütlükləri, budur onlar.
10. James və Lynne Walton
Jim Walton 2011-ci ildə, Walmart səhmdarlarının yığıncağında iştirak edərkən
Toplam xalis sərvətləri: $36.2 milyard
James "Jim" Carr Walton, Wal-Mart dükanlar şəbəkəsinin banisi Samuel Waltonun ən gənc oğludur, kompaniyanın idarə heyətinə 2005-ci ildə qardaşının vəfatından sonra qatılıb. İndi o, Walton Enterprises-in direktoru qismində çalışır. Bu şirkət Walton ailəsinin əsas aktivlərini özündə cəmləşdirir. Jim Waltonun xəzinədar və katib olduğu Walton Family Foundation (Walton Ailə Fondu) 2013-cü ildə xeyriyyə məqsədləri ilə 300 milyon dollardan çox vəsait sərf edib.
Wal-Mart dükanları dünyanın 14 ölkəsində fəaliyyət göstərir, 2,2 milyondan artıq insanı işlə təmin edir. Waltonlar və onların dörd uşağı intervü vermək baxımından elə də səxavətli deyillər. Onlar Bentonville, Arkansasda məskunlaşıb, məhz həmin yerdə Lyne 2003-cü ilə qədər şəhər meydanında kitab dükanını idarə edib. Cütlük həmçinin Respublika Milli Senatorluğuna və Konqress Komitəsinə, 60 mindən çox vəsait bəxş edib.
Mənbə: Wealth-X
9. Mark Zuckerberg və Priscilla Chan
Peter Barreras/AP
Toplam xalis sərvətləri: $38.5 milyard
Dünyanın ən böyük sosial şəbəsinin yaradıcısı və idarəedicisi 10 il əvvəl sadəcə Harvard məzunu idi. Dost məclisində başqa bir Harvard tələbəsi Priscilla Chan ilə tanışlıq onların münasibətlərinin başlanğıcını qoyur və 9 il sonra onlar evlənir.
Chan pediatrdır, bundan öncə o üç dil üzrə müəllimə olub. Mark təzəliklə, San-Fransisko xəstəxanasının, həmçinin Travma Mərkəzinin bərpası və təmirinə 75 milyon vəsait ianə edib. 2013-cü ildən bəri onun kompaniyada aldığı əməkhaqqı 1 dollar təşkil edir.
Mənbə: Wealth-X
8. Bernard Arnault və Helene Mercier-Arnault
Phillippe Wojazer/Reuters
Toplam xalis sərvət: $38.7 billion
Arnault moda və dəbdəbə məhsulları istehsal edən Moët Hennessy Louis Vuitton (LVMH) şirkətlər qrupunun baş icraçı direktorudur. Onun uğurunun əsası, atasından miras qalmış Ferinel mühəndislik şirkəti ilə qoyulub. O, gec-tez Ferinelin sədri olur və bir neçə kompaniyaların, o cümlədən Christian Dior və Le Bon Marché kimi şirkətlərin sahibinə çevrilir. Louis Vuitton və Moet Hennessy şirkətləri birləşəndə isə, Arnault baş icraçı direktor (CEO) olur və indi LVMH 60-dan çox brend adı altında dəbdəbə və zənginlik nümunəsi olan əşyalar satır, bu brendlərə həm də Dom Perignon, Givenchy və Marc Jacobs da daxildir
Arno və onun konsert pianoçusu olan kanadalı-fransız xanımı, ehtiraslı incəsənət kolleksiyaçılarıdır və LVMH-i fransada incəsənətin əsas messenatına çeviriblər. Həmçinin söylənilir ki, LVMH şərab ilə məşhur olan Bordo əyalətində Chateau Cheval Blanc pay sahibidir və Fransanın Burqundiya ərazisində üzüm bağı vardır.
Mənbə: Wealth-X
7. Jeff və MacKenzie Bezos
Lucas Jackson/REUTERS
Toplam sərvət: $39.8 milyard
Xanım Bezos, öz gələcək həyat yoldaşı ilə 1992-ci ildə, baş qərargahı Nyu Yorkda yerləşən D.E. Shaw hec fondunda çalışarkən tanış olub, Jeff onun müdiri imiş. İki ilin içərisində cütlük evlənmişdi və artıq Amazon.com üçün birlikdə biznes-plan yazırdı, onların Seatle-a köçməsi də bu vaxta təsadüf edir. Amazon internet üzərindən fəaliyyət göstərən ən nəhəng e-ticarət saytlarından biridir və 175 milyard dollardan daha bahadır, Jeff özü isə Wal-Mart-ın dörd varisinin üçündən daha zəngindir.
MacKenzie isə bir neçə mükafat sahibi yazıçı Toni Morrisonun keçmiş tələbəsi və 2006-cı ildə Amerika Kitab Mükafatının qalibi olmuşdur. Cütlük 2013-cü ildə The Washington Post-u 250 milyon dollara alıb, belə deyilir ki, təşəbbüs şəxsi olub və Amazon sövdəyə cəlb olunmayıb.
Mənbə: Wealth-X
6. Wang Jianlin və Ning Lin
Reuters/Tyrone Siu
Toplam sərvət: $40.7 billion
Wang 1986-ci ildə 80 min dollar borc götürür ki, özünün Dalian Wanda Group developer (daşınmaz əmlak) kompaniyasını qursun. Təxminən 30 il sonra, o Şimali Amerikada ikinci ən böyük kinoteatr şəbəkəsinin sahibidir, onun portfelində lüks sinfinə məxsus 5 ulduzlu otellərə edilmiş investisiyalar gündən günə böyüyür, Sunseeker Yachts şirkətində əsas pay sahibidir (nəzarət səhm peketinə malikdir), Çinin daşınmaz əmlak sektorunda əsas liderlərdən biridir. Həmçinin belə ehtimallar var ki, Lions Gate Entertainment Hollywood film studiyasını almaq üçün danışıqlar aparır.
Onun xanımı, Lin Investment Group Inc kompaniyasının sədri qismində çıxış edir. Bu kompaniya Çin ərazisində inşaat, interyer, dizayn, qida, içki və s kimi xidmətlər həyata keçirir.
Mənbə: Wealth-X
5. Charles və Elizabeth Koch
Toplam xalis sərvət : $47.4 milyard
Elizabeth "Liz" Kochun fikrinə əsasən, onun əri, Charles Koch üçün ən başlıca prinsipi azad bazar sisteminə qatı inamdır. Koch ailəsi media tərəfindən sürəkli izlənilir və bədheybət kimi təsvir olunur. Liz gileylənir ki, onlar cangüdənlər olmadan heç bir yerə gedə bilmir.
Charles Koch və onun üç qardaşı öz atalarının biznesini 1967 və 1983-cü illərdə miras alıb. David qardaşlarının kompaniyadakı payını 1 milyard dollara satın alıb. Bu gün Koch kompaniyada 42% səhmə sahibdir və onun sədri, həmçinin Baş icraçı direktorudur.
Liz Koch həmçinin Tədris Sahibkarlığı Şəbəkəsinin Nəzarətçilər Şurasında təmsil olunur, bundan əlavə o, ərinin biznesində də söz sahibidir. Liz və Charles hər ikisi xeyriyyəçilik fəaliyyətinə də cəlb olunublar, söhbət Charles Koch Foundation və Koch Cultural Trust fondlarının fəaliyyətindən gedir.
Mənbə: Wealth-X
4. David və Julia Koch
Toplam xalis sərvət: $47.5 billion
David və Julia Koch 1991-ci ildə tanış olublar, birinin 50, digərinin isə 27 yaşı olanda. David həmin dövrdə Koch Industries-də çalışırdı, Julia isə məşhur modeyler Adolfonun assistenti idi. Onlar 1996-cı ildə evləndilər və üç uşaqları var.
Bu gün Julia Amerikan Balet məktəbinin direktorudur. David isə Koch Industries şirkətinin icraçı vitse-prezidenti və Koch Chemical Technology Group-un baş direktoru qismində çalışır. Bundan əlavə o, ABŞ-ın Libertarian partiyasının vitseprezidenti vəzifəsinə keçmiş namizəd olub. Mühazifəkar siyasətin qəti tərəfdarı olan David 2012-ci il seçkiləri zamanı Mitt Romneyi dəstəkləmək üçün 50 min dollarlıq ziyafət kampaniyası təşkil etmişdir.
Mənbə: Wealth-X
3. Warren Buffett və Astrid Menks
Brendan Hoffman/ Stringer
Toplam xalis sərvət: $65 milyard
Warren Buffett ilk həyat yoldaşı Susandan 1977-ci ildə ayrılıb və təsadüfən həmin dövrdə məhz Susan Buffeetti Astrid Menkslə tanış edib. 2004-cü ildə Susan vəfat edənə qədər üçlük möhkəm dost olub və hətta öz tanışlarına hədiyyələri belə "Warren, Susie, və Astrid." imzası ilə göndərirmişlər.
Buffetlə evlənənə qədər Astrid kokteyl barında offisiant işləyib. Məşhur investor isə Berkshire Hathaway investisiya şirkətinin rəhbəri və baş icraçı direktorudur. Buffetin şirkəti Geico, Dairy Queen, Fruit of the Loom, Helzberg Diamonds və Heinz kimi kompaniyaların sahibidir və həmçinin American Express, Coca-Cola, Goldman Sachs kimi nəhəng şirkətlərdə kiçik də olsa pay sahibidir.
Buffet digər məşhur zəngin Bill Gates ilə birlikdə The Giving Pledge fondunu təsis edərək, digər milyarderləri də xeyriyyəçiliyə vəsait bağışlamağa həvəsləndiriblər. Buffet özü sərvətinin 85%-ni bağışlamağı planlaşdırır.
Mənbə: Wealth-X
2. Amancio Ortega Gaona və Flora Perez
Toplam xalis sərvət: $70.7 milyard
Pərəkandə moda maqnatı Amancio Ortega və onun ikinci həyat yoldaşı Flora Perez evliliklərindən 20 il öncə tanış olub, həmin vaxtlar Flora, Amancionun geyim istehsalı üzrə pərəkandə şirkətlər holdinqi olan İnditex-də çalışırmış. Amancio sərvətinin çox hissəsini öz birinci həyat yoldaşı ilə birlikdə Zaranı 1975-ci ildə təsis etdikdən sonra qazanıb. Kompaniya qısa bir müddətdə dizayner istehsalı olan parça və geyim almaq üçün ən münasib yerə çevrilir. Inditex 2001-ci ildə İPO-ya çıxır və hazırda da dünya üzrə ən dəyərli və böyük pərakəndə moda qruplarından biri olmaqda davam edir.
Bu gün, Perez İnditex-in idarə heyətində, şirkətin 50% səhminə sahib olan Gartler holdinq kompaniyasının təmsilçisi qismində yer tutur. O, həmçinin Amancio Ortega Fondunun vitseprezidenti qismində çalışır. Onun əri tərəfindən yaradılan bu xeyriyyə fondu əsasən təhsil və sosial təşəbbüsləri maliyyələşdirir.
Mənbə: Wealth-X
1. Bill və Melinda Gates
Toplam xalis sərvət: $85.7 milyard
Baxmayaraq ki, o öz sərvətini 1975-ci ildə təsis etdiyi Microsoft kompaniyasından qazanıb, indi onun fəaliyyətinin əsas hissəsini həmtəsisçisi olduğu Bill & Melinda Gates fondunun işləri ilə məşğul olmaq təşkil edir. Bill və onun xanımı bu fondu birlikdə təsis ediblər. Melinda Microsoft şirkətində fəaliyyətə 1987-ci ildə başlayıb. Cütlük 1994-cü ildə ailə qurub. Onların üç uşağı var və onlar bu uşaqların hər birinə qəti şəkildə Apple məhsullarından hər hansı birini istifadə etməyi qadağan ediblər. Gates hələ də Microsoft-da direktor və texnologiya işləri üzrə məsləhətçi olaraq qalmaqdadır.
Bill və Melinda bütün dünyada səxavətli xeyriyyəçilər kimi tanınır və 2010-cu ilin avqustunda Warren Buffett ilə birlikdə The Giving Pledge təsis edilir və onlar ictimaiyyətə bəyan edir ki, sərvətlərinin böyük hissəsini bu fonda bağışlayacaqlar. Mark Zuckerberg, Nyu-York şəhərinin keçmiş meri Michael Bloomberg və 130-dan çox digər milyarder daxildir.
Könül Soltanova, Banco.az