“Qara dənizin dibi ilə boru xətti aparmaq olur, Xəzərin dibi ilə olmur?”
Trans-Xəzər Boru Xətti Layihəsinin reallaşdırılması ilə bağlı siyasi maneə yoxdur.
Banco.az "APA"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
E. Nəsirovun sözlərinə görə, layihənin ilə bağlı yaranan bəzi fikirlər uğursuzdur: "Təsəvvür edin, deyirlər ki, Xəzər dənizinin dibi ilə boru xətti gedə bilməz. Bu fikri onunla əsaslandırırlar ki, layihənin reallaşdırılması Xəzərdə balıqların tələfinə səbəb ola bilər. Necə olur ki, Qara dənizin dibi ilə boru xətti aparmaq olur, amma Xəzərin dibi ilə olmur? Yaxud deyirlər ki, Qara dənizin dibi ilə çəkilən borular balıqların ölümünə səbəb olmur, amma Xəzərdə olur. Bizim fikrimiz budur ki, Xəzərin dibi ilə qaz xəttinin çəkilməsinin ekoloji problemlərə səbəb ola bilməz".