Azərbaycanlı milyarder Araz Ağalarov "Komsomolskaya Pravda"ya müsahibə verib. "Crocus City" şirkətinin prezidenti ailəsindən, işindən və milyardlarından danışıb.
Banco.az ANS PRESS-ə istinadən, sözügedən müsahibənin xülasəsini oxuculara təqdim edir:
- Həyat yoldaşınız İrina rusdur?
- Bəli.
- Neçə ildir birlikdəsiz?
- Tezliklə 40 il olacaq.
- Əkiz nəvələriniz böyüyüb?
- Bəli, artıq onların 6 yaşı var.
Araz və İrina Ağalarovlar sevimli nəvələri Əli və Mikayılla
- Emindən başqa sizin böyük qızınız da var?
- Bəli, artıq 27 yaşındadır.
- Ərdədir?
- Xeyr.
Araz Ağalarov, Şeyla Ağalarova, İrina Ağalarov və Emin Ağalarov
- Bax belə, sizinlə müsahibəyə gələndə mənə dedilər sizdən soruşum ki, Azərbaycan prezidentinin qızı ilə Emin arasında münasibət indi necədir?
- Eminlə Leyla çox yaxşı münasibətlərini saxlayıblar, onlar uşaqlarını birlikdə tərbiyə edirlər. Onların harada olmalarından asılı olmayaraq hər həftə yanlarına uçur.
- Sizin şəxsi təyyarənizlə?
- Yox, niyə ki? Reys təyyarələri ilə.
- Öz təyyarənizi ona verirsiz?
- Əlbəttə. Sadəcə o götürmür. Deyir ki, lazım deyil. Bəli, Emin bu planda haradasa təvazökarlıq edir. Mən onu bezdirirəm, o isə…
Forbes jurnalının reytinqində milyarderlər siyahısında hər il yer alan Araz Ağalorov bu müsahibəsində milyardlarının olmadığını deyib.
- İndi neçə milyardınız var?
- "Forbes" hesablayıb. Baxın, o nə qədər yazıbsa, elə o qədərdir (Azərbaycanlı iş adamı jurnalın 2014-cü ilə görə hesablamalarında siyahının 7-ci pilləsində yer allıb. İlk beşlikdə olan milyarderlərin daşınmaz əmlakdan əldə etdikləri gəlir 1,4 milyard dollarla 520 milyon arasında dəyişir. 200 şirkətin adının yer aldığı siyahıda digər azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crokus City”nin də adı var).
- Siz saymırsız, məgər yalnız onlar sayır?
- Bilirsiz, "Forbes" hesabda olan pulları deyil, aktivləri sayır. Onlar aktivləri passivlərlə müqayisə edirlər və hansısa balans çıxarırlar.
- Siz indi Rusiyada keçiriləcək DÇ-2018 üçün stadion tikirsiz?
- Bəli, iki nəhəng stadion tikirəm. Rostovda (15 min tamaşaçı tutumlu) və Kalininqradda (35 min tamaşaçı tutumlu).
- Yenə sizə görə xahiş ediblər?
- Necə yəni xahiş ediblər? İş burasındadır ki, stadion tikmək çox məsuliyyətli işdir. Siz axı bilirsiz, vaxt məhduddur. Buna görə də, belə məsuliyyətli tikintilərlə bağlı qərarı prezident verir...
Rusiya Federasiyası prezidenti və Araz Ağalarov.
- Belə çıxır sizi yenə zərbəçi tikintiyə göndəriblər?
- Bu müsabiqəsiz və tendersiz oldu.
- Hakimiyyət?
- Qərarı hakimiyyət verir…
- Məsələn, mən bunu başa düşmürəm. Əlbəttə ki, mən sizin kimi milyarder deyiləm, amma anlamıram. Sizi bu tikintiyə görə mükafatlandırıblar?
- (ciddi) Mükafatlandırıblar.
- Bəs hansı ordendir?
- Şərəf ordeni ilə.
- İndi sizdədir o orden?
- Əlbəttə evdədir.
Araz Ağalarov Vladimir Putinlə Kremldə mükafatlandırma mərasimində
- Siz onu yaxanıza taxırsız?
- Bəli.
- Bu sizin birinci və yeganə rus ordenidir?
- Rusiyanın bəli. Mənim Azərbaycan və İtaliya ordenlərim də var. İtalyanlar məni "İtaliya qarşısında xidmətlərimə görə" mükafatlandırıblar. Prezidentin imzaladığı bu mükafat olduqca yüksəkdir.
- Baxıram, "Krokus"un ərazisində yenə qaldırıcı kranlar var. Haranınsa tikintisinə əlavələr edirsiz?
- Hündürmərtəbəli bina tikirik.
- Milyardlarını harada saxlayırsız?
- Axı mən sizə dedim, mənim milyarlarım yoxdur!
- Amma aktivləriniz var.
- Aktivlər - bunlar kvadrat metrlər deməkdir.
- Yəni siz öz var-dövlətinizi kvadrat-metrlərdə saxlayırsız?
- Bizdə biznesdir və bu biznes kvadrat mertlərdən ibarətdir. Əgər bizim əlimizdə pul olursa biz onu kvadrat metrlərə çeviririk. Baxın, biz indi də tikirik. 280 min kvadrat mertlik "Veqas 3" tikirik hazırda. 158 kvardat metrlik qala tikirik. Buna görə də, bizim bütün pullarımız tikintiyə gedir. Yox, əgər biz onları hesablarda saxlasaydıq, indi əlimizdən uçub getmişdilər, yox olmuşdular.
- Nə məsləhət görərdiz, kimin pulu varsa indi onu hara yatırsın?
- Daşınmaz əmlaka. Ələxüsus da indi mənzillər ucuzlaşıb (red: söhbət Rusiyadan gedir). Əgər yaxşı mənzil ucuz qiymətə satılırsa, onu alıb icarəyə vermək olar.
Araz Ağalarov