Bank, yeni filial rəhbərləri axtarır | Banco.az

Bank, yeni filial rəhbərləri axtarır

Parabank eyni anda 4 filialında rəhbərliyi dəyişir, belə ki, Bank Şamaxı, Tovuz, Lənkəran və Bakıdakı filiallardan birinin müdiri vəzifəsinə vakansiya elan edib.

Çoxdandır, rəhbər vəzifədə çalışmaq istəyənlər üçün yaxşı fürsət ola bilər. Bank rəhbərliyinin irəli sürdüyü əsas tələb və şərtlər ilə burada tanış ola bilərsiniz.

Vəzifəyə olan tələblər
• Ali təhsil  (iqtisadi təhsillilərə üstünlük verilir);
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı 
• Vətəndaş qüsursuzluğuna malikolma;
• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
• Hesabatın hazırlanması və yazışma bacarığı;
• Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
• Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Etikalı olmaq;
• Mərkəzi Bankın bütün təlimatları  haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
• Kredit  prosesinin  təşkili üzrə bacarıqlara malik olması;
• Bu sahədə  dörd  illik təcrübəyə malik olması;
• Filialın  işlərini planlaşdırma bacarığına malik olması; 

Əsas vəzifələr

• Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
• Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
• Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
• Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
• Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına  nəzarət  etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
• Filiallara  etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
• Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
• Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
•  Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;
• Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək  və buna məsuliyyət daşımaq;
• Korporativ müştərilərin filiallara  cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
• Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirləri həyata keçirimək;
• Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşımaq;
• Daxli kredit komitələrinə rəhbərliyi həyata keçirmək;
• Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət etmək;

Ən sərfəli kredit üçün müraciət et

CV-ləri Filial müdiri (Regionlar və Bakı) mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.