Azərbaycanda banklara etibar etmirlər | Banco.az

Azərbaycanda banklara etibar etmirlər

Banco.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, banklara ümumi depozit qoyuluşu 1 ay ərzində cəmi 1.36 % ucuzlaşıb. Hal-hazırda cəmi depozitlərin miqdarı 18575,3 mln manat dəyərindədir.

Qeyd edək ki, 2015-ci ilin may ayı ərzində manatla cəlb olunan əmanətlərin müddətli növündə kəskin azalma olub (1.76%). Milli valyuta ilə olan əmanətlərin tələb olunanadək növündə isə əksinə 0.19% artım qeydə alınıb.

Xarici valyuta ilə (müddətli) əmanət qoyuluşunda da azlma müşahidə olunub (2.63%). Xarici valyutanın tələb olunanadək növü üzrə artım isə 2.43% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Son bir ildə isə cəmi əmanət qoyuluşu 36.21% artıb. Yəni 2014-cü ilin may ayında əmanət qoyuluşunun həcmi 13637 mln manat olub ki, bu rəqəm cari ilin eyni ayındakı göstəricidən təxminən 5 mlrd azdır.