İSB 11 750 AZN kompensasiya ödənişi etdi | Banco.az

İSB 11 750 AZN kompensasiya ödənişi etdi

İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

Bunu Banco İSB-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir.

İcbari Sığorta Bürosu tərəfindən 13.07.2014-cü il tarixdə saat 06:20 radələrində, Salyan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvlərinin birinin ölümü ilə əlaqədar 5 000 AZN, beş nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almaqları ilə əlaqədar 6 750 AZN, ümumilikdə isə hadisə üzrə 11 750 AZN (on bir min yeddi yüz əlli manat) məbləğində Azərbaycan Respublikasının vətəndaşlarına kompensasiya ödənişi poçt vasitəsi ilə 01.07.2015-ci il tarixdə köçürülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et