SOCAR artıq iyundan bəri bu kəmər üzrə neft ixrac etmir | Banco.az

SOCAR artıq iyundan bəri bu kəmər üzrə neft ixrac etmir

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından 678,046 min ton xam neft ixrac edib.

SOCAR-dan verilən məlumata görə, bu göstərici ötən ili analoji dövrü ilə müqayisədə 33,4% çoxdur.

Ötən ay isə Novorossiysk limanından xam neft ixrac edilməyib.

Qeyd edək ki, Azərbaycan nefti 1997-ci ildən etibarən Bakı-Novorossiysk kəməri ilə nəql olunur.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü il fevralın 18-də SOCAR və “Transneft” arasında Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. 2014-cü ilin sonuna qədər olan müddət üçün nəzərdə tutulan müqaviləyə əsasən, SOCAR hər ay Bakı-Novorossiysk kəməri ilə 85 min ton neft nəql edirdi.

SOCAR və "Transneft" Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqaviləni 2015-ci ilin sonuna kimi uzadıb.

 

 

 

 

apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et