Ofis işi axırımıza çıxacaq | Banco.az

Ofis işi axırımıza çıxacaq

Uzun iş saatı, stress və təbii ki, əsnəyən iş yoldaşlarınız sizə mənfi təsir göstərir. Hətta printer və digər ofis cihazları da sizin həm fiziki, həm də əqli sağlamlığınıza təsirsiz ötüşmür.

Bəs bizi ən çox nə yorur? Əleyhimizə işləyənlər nələrdir?

Uzun müddət oturaq vəziyyətdə işləmək ömrümüzdən illəri aparır. Əgər siz də belə iş rejmində çalışırsınızsa onda heç olmasa hər 8 dəqiqədən bir oturşunuzu dəyişin və saatda 2 dəfə 2 dəqiqə gəzin.

Həmçinin səhər yeməyindən imtina da sağlamlığımıza böyük zərbə vurur.

Naharda fast foodla qidalanmaq ürək xəstəliklərinə tutulmaq riskini artırır.

Əgər işiniz evinizdən çox uzaqdırsa, yəni işə çatmaq üçün xeyli yol qət edirsinizsə, bunun da öz mənfi tərəfləri var. Belə vəziyyət, depresiya hallarını çoxaldır, pis yuxuya və xolesterolun artmasına səbəb olur.

Dövr edən zəhərli hava, ağciyərləriniz üçün əsl düşməndir. Mütəxəssislər qeyd edir ki, bina daxilində ki hava, çöldəki havadan 100 dəfə daha zərərlidir.

Printer və sürətçıxaran cihazlar da ağciyərlərimizi sıradan çıxarır. Çünki belə ofis avadanlıqlarının filteri mütəmadi olaraq dəyişilmədikdə, onlar, orqanizmimizi şüanlanmaya məruz qoyur.

Gün ərzində 10 saatdan artıq işləmək ürək tutmasına yol açır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin ədalətsiz müdir də, səhhətinizdə ciddi problemlərə yol aça bilər. İsveçdə aparılmış araşdırmalar göstərir ki, müdirin mənfi münasibəti xroniki stressə, hətta ürək xəstəliklərinə də səbəb ola bilər.

Fasiləsiz kompyuter ekranına baxmaq da, görmə qabiliyyətimizi pisləşdirir.

Günəş şüası düşməyən otaqlar konsentrasiya və yuxusuzluq problemi yaradır.

"Journal of Clinical Sleep Medicine" –in araşdırması göstərir ki, günəş işığı qəbul etməyən işçilər digərləri ilə müqayisədə ən az 46 dəq daha az yatırlar.

Çirkli klaviatura isə bağırsaq çöplərinin yaranmasına səbəbə olur.

Həmçinin uzun müddət klaviaturada yazı yazmaq da bəzi mənfi sindromlara yol açır.