Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verdikdə nə baş verir? | Banco.az

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verdikdə nə baş verir?

Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

1. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdə;

2. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hallarda.

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri

  • Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda, müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi və faydalanan şəxsi bu haqda xəbərdar etməlidir.
  • Sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə 30 gün əvvəl, tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir
  • Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərclərini çıxmaqla Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını ona qaytarır;
  • Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri çıxılmaqla, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını qaytarır.
  • Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.
  • Sığorta müqaviləsi üzrə sığorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını və ya hər hansı minimal və (və ya) depozit sığorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.
  • Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə ödənilmiş sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır;

 

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et