Avro manata nəzərən bir qədər ucuzlaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avro manata nəzərən bir qədər ucuzlaşıb

Bu gün iyunun 25-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 29-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0008 manat və ya 0,08% bahalaşaraq 1,0491 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0197 manat və ya 1,68% ucuzlaşaraq 1,1558 manat olub.