Azərbaycanda sığorta şirkəti böyük məbləğdə ödəniş həyata keçirib | Banco.az

Azərbaycanda sığorta şirkəti böyük məbləğdə ödəniş həyata keçirib

“Buta Sığorta” ASC Azərbaycanda az sayda rast gəlinən irihəcmli sığorta ödənişi həyata keçirib.

Şirkətdən verilən məlumata görə, sığorta ödənişi Masallı şəhərində, Heydər Əliyev prospekti ilə Şəhriyar küçəsinin kəsişməsinə yerləşən “Embawood” mebel fabrikinin yanmasına görə verilib.

Ən sərfəli kredit üçün müraciət et

Hadisə bu il, fevralın 21-də saat 23:00 radələrində elektrik naqillərin qısa qapanması nəticəsində baş verib. Buna görə də, əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 2 milyon 799 min 23 manat kompensasiya ödənilib.