Hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları artıq danışıq dəqiqələrinə dəyişə bilər.
Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az istifadəçilərinə daha bir yenilik təqdim edir.
"GoldenPay" şirkətindən verilən məlumata görə, bu gündən etibarən Hesab.az istifadəçiləri qazandıqları bonuslarla hərraclarda iştirak etməklə yanaşı, həm də onları danışıq dəqiqələrinə dəyişə bilərlər.
Bunun üçün Hesab.az portalındakı şəxsi kabinetlərinə daxil olub, bonuslarının sayının qeyd olunduğu hissədə yaradılmış yeni keçidə giriş edərək, bonuslarını Bakcell danışıq dəqiqələrinə dəyişə bilərlər.
Bakcell abunçiləri üçün 2000 bonus 1 danışıq dəqiqəsinə dəyişilir və dəqiqələr 3 gün ərzində istifadə edilməlidir. Qeyd etdiyimiz qayda şəbəkədaxili zənglərə aiddir. Eyni zamanda yalnız CİN abunəçiləri üçün nəzərdə tutulan bu xidmətdən tezliklə fakturalı xətt abunəçiləri də yararlana biləcəklər.
Bildirək ki, digər operatorların da yaxın zamanda bu xidmətə qoşulması gözlənilir.
170 MİNDƏN ÇOX İSTİFADƏÇİSİ VAR
170 mindən çox istifadəçisi olan Hesab.az, GoldenPay şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada bank və lizinq kreditləri, kommunal, mobil, kabel tv, internet ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet almaq olar. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.