Aşağı faiz dərəcələri nə vaxta kimi davam edəcək? | Banco.az

Aşağı faiz dərəcələri nə vaxta kimi davam edəcək?

Son günlər daha çox faiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı danışılır.

Əgər gəlsə də, bu faiz dərəcəsinin dəyişilməsi demək olmayacaq. Çox məqamlar ona işarə edir ki, faiz dərəcələri uzun zamanda aşağı həddə qalacaq.

Amerikada sonuncu dəfə faiz dərəcələrinin artımı 2007-ci ildə olmuşdur. Ondan sonra isə FED faiz dərəcələrini azaldaraq, 0.25 faiz dərəcəsinə kimi azaltdı. Digər sənayə dövlətlərində də vəziyyət bundan çox da fərqlənmir. Böyük Britaniyada da sonuncu faiz dərəcələrinin artımı 8 il bundan əvvəl olmuşdur, 2009-ci ildən indiyə kimi faiz dərəcəsi 0.5 % səviyyəsindədir. İsveçrədə və Avro-zonada da vəziyyət eynidir. Müvafiq olaraq maliyyə bazarlarında 30 ildir ki gəlirlər də azalmışdır.

Dünya iqtisadiyyatı 1930-ci illərdə borc böhranı keçirdəndə, əksər ölkələrin mərkəzi bankları faiz dərəcələrini endirdi. Bu vəziyyət illərlə möhkəmləndi. Belə ki, Böyük Britaniyada 1932 - 1951-ci illərdə faiz dərəcələri 2 % idi və Amerikada 1933 - 1955 -ci illərdə isə 20 ildən çox 2 % -dan aşağı olub. Deməli, 20 il elə də uzun müddət deyil.

Ən sərfəli kredit üçün müraciət et

Aşağı faizlər üçün yaxşı səbəblər

Bu misallara kifayət qədər paralellər tapmaq olar.  Bugünkü gündə dövlətlərin borc səviyyələrini buna aid etmək olar. ÜDM-in 250 % -dan çox dövlət borcu ilə Yaponiya dünyada liderlik edir. Amma Amerika da 100 % ilə lövhəyə yazılası vəziyyətdədir. Avro-zona və Böyük Britaniyada da vəziyyət ürək açan deyil. Bu, eyni zamanda, o deməkdir ki, çox hökümətlərə oyun meydanı qalmır ki, islahatlarla iqtisadiyyatı inkişaf etdirsinlər. Bu gün dünyada iqtisadi artımın bu qədər zəif olması da təsadüfü deyil.

Texnoloji artım və qlobal rəqabət bu gün inflyasiyanı az da olsa sıxıb, saxlayır. Qiymətlər gözə çarpacaq şəkildə artmayana qədər faiz dərəcələri də aşağı həddə qalacaqdır - Yaponiyanı nümunə kimi göstərmək olar. Lap Amerika höküməti faiz dərəcələrinin dəyişdirilməsinə qərar versə də, bu qərar kosmetik tədbir kimi olacaqdır. Ona görə də, növbəti 20 ilin hansı formada davam edəcəyini təsəvvür etmək olar və bu 20 il 2030 - cu ilə kimi davam edə bilər. Aşağı faiz dərəcələrinin dövrü 2009 - 2010 -cu illərdə başlamışdır.